Meksikanın Azərbaycandakı səfirliyinin və Bülbül vokal məktəbinin təşkilatçılığı ilə Bülbülün Memorial Muzeyində meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duranla görüş keçirilib.
Muzeydən bildirilib ki, görüş zamanı maraqlı müzakirələr, fikir mübadilələri aparılıb. Meksikalı tenor tələbələrin suallarını cavablandıraraq, Azərbaycan və Meksika vokal sənəti ilə bağlı fikirlərini bölüşüb.
Meksikanın Azərbaycandakı səfirliyinin Mədəniyyət üzrə attaşesi Aristeo Gonzalez Guerrero muzeylə tanış olduqdan sonra öz ürək sözlərini “Fəxri Qonaqlar kitabı”na qeyd edib.
Sonda Luis İtzkoatl tələbələrlə birlikdə Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa ediblər.