Bakı Dövlət Universiteti Tarix fakültəsinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar. Təcrübədə fakültənin 180-dək buraxılış kurs tələbəsi iştirak edib.

Qoruqdan bildirilib ki, istehsalat təcrübəsi zamanı tələbələr əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş olunan eksponatlarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə məlumat verilib.

Sonra tələbələr qoruq ərazisində arxeoloji qazıntılar aparılan sahələrlə tanış olublar. Arxeoloji qazıntılar və arxeoloqlar tərəfindən aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.