Bülbülün Memorial Muzeyinin “Bülbülün qonaqları” layihəsində bu dəfə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu yad edilib.

Muzeyin direktoru Fərqanə Cabbarova giriş sözündə Bülbül və Cabbar Qaryağdıoğlunun dostuluğundan, onların Elmi-Tədqiqat Musiqi Kabinetindəki birgə fəaliyyətindən, xalq musiqisinin inkişafında xanəndənin misilsiz xidmətlərindən bəhs edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri Murad Kərimli, Aycan Şükürlü, Nuray Hacızadə, VIII “Muğam” Televiziya Müsabiqəsinin laureatı Nərgiz Cabbarova “Rast”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsniflərini ifa ediblər.

Sonda xanəndənin repertuarından “Qarabağ şikəstəsi” səsləndirilib.

AMK-nın Tələbə və gənclər təşkilatının sədri Ayxan İmanov tədbirin təşkilinə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirib.