Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Bakı şəhəri M.Rahim adına 7 saylı tam orta məktəbin tərəfdaşlığı ilə iyunun 12-də “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş bilik yarışması keçirilib.
8-ci sinif şagirdləri arasında bilik yarışmasının münsifləri AMEA-nın Tarix və Etnologiya İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Natiq Məmmədzadə, Mübariz Ağalarlı, elmi işçi Lamiyə Sultanova və Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova olub.
1-ci yerə layiq görülən Əli Hüseynzadəyə Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tərəfindən diplom və hədiyyə təqdim edilib.
Sonda məktəb şagirdlərinin ifasında “İncəbellim” (“Dədə Qorqud” filmindən Beyrəyin mahnısı; söz – Anar, musiqi – E.Sabitoğlu) və “Çırpınırdın, Qara dəniz” (Ə.Cavad, Ü.Hacıbəyli) mahnıları səsləndirilib.