AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi: həyatı və elmi irsi” adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiya İslam intibahının böyük alimi, dünya elmində və mədəniyyətində mühüm iz qoymuş Nəsirəddin Tusinin (1201–1274) həyat və yaradıcılığına həsr olunub. Öz kəşfləri və elmi fikirləri ilə astronomiya, riyaziyyat, fəlsəfə, tibb, etika, məntiq, din nəzəriyyəsi, dövlət və hüquq nəzəriyyəsi və digər elm sahələrini daha da zənginləşdirmiş alimin yaradıcılığına aid nadir əlyazma nüsxələri ilk dəfə bu kitabda öz əksini tapıb.
Azərbaycan və rus dillərində işıq üzü görən kitabda həm yerli, həm də xarici alimlərin Nəsirəddin Tusinin yaradıcılığına dair tədqiqatları da yer alıb.