Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi 2023/2024-cü tədris ilinin yekunu ilə əlaqədar hesabat konserti təqdim edib. Məktəbin direktor vəzifəsini icra edən Rövşanə Lətifova müəllimlərə öz təşəkkürünü bildirib, tədris ilində məktəbin uğurlarından danışıb. Sonra səhnə şagirdlərin ixtiyarına verilib. Onlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

***

Laçın şəhər 1 nömrəli Musiqi məktəbində (Bakı şəhəri) hesabat konserti keçirilib. Şərqi Zəngəzur RMİ-nin rəisi Rəşad Əliyevin də izlədiyi konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib, xalq mahnıları ifa olunub. Sonda RMİ-nin rəis müavini İlham Əhmədov çıxış edərək məktəbin kollektivinə uğurlar arzulayıb.

***

Qobustan rayon Heydər Əliyev Mərkəzində Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin də hesabat konserti olub. Tədbirdə Dağlıq Şirvan RMİ-nin və musiqi məktəbinin əməkdaşları iştirak ediblər. Konsert proqramında məktəbin fortepiano, xalq çalğı alətləri və xanəndəlik şöbələri şagirdlərinin, nağara ansamblı və xor kollektivinin çıxışları dinlənilib.