Ağdamda dirçəlişin, Azərbaycan xalqının ruh yüksəkliyinin və möhkəm iradəsinin şahidi oldum.

Bu sözləri Macarıstan Milli Məclisinin deputatı, “Bizim Vətənimiz” (Mi Hazank) Partiyası sədrinin müavini İştvan Apati işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri zamanı bildirib.

O, Azərbaycan xalqını macarlarla müqayisə edərək deyib: “Bizim tariximizdə hər şeyi yenidən başlamaq məcburiyyətində olduğumuz bir neçə məqam olub. Amma biz ruhdan düşməmişik. Həmişə möhkəm iradəmiz, yeni başlanğıc üçün enerjimiz olub. İndi burada gördüklərim onu deməyə əsas verir ki, sizin də yolunuza çıxan bütün çətinliklərə və maneələrə rəğmən rekonstruksiya işlərinə başlamaq və bu şəhəri yenidən dirçəltmək üçün özünüzdə güc tapmısınız”.