Məhəmməd Füzulinin 530 illiyi münasibətilə iyunun 13-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert keçirilib.

Bədii-musiqili gecə Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrası tərəfindən hazırlanıb.

Xalq artisti Simarə İmanovanın rəhbərliyi ilə xanəndələr Gülşən Əliyeva, Vüqar Əbilov, Günel Kərimova, Şirəli Məmmədov, Zümrüd Kərimova, Elim Ömərov, Rəna Mehrəliyeva tərəfindən “Rast” muğamında dahi şairin qəzəlləri ifa olunub. Əməkdar artist Azad Şükürovun aparıcılığı ilə gerçəkləşən konsertdə muğamlarımız bədii qiraətlə harmoniya təşkil edib.

Xanəndələri Ramin Rzayevin (tar) bədii rəhbərliyi ilə Əməkdar artist Fəridə Məlikova (kamança), Aygün Mehmanlı (qanun), Səyyar Teymurov (nağara), Şaiq Əsədov (balaban) və Elnur Sadıqzadə (bəm balaban) müşayiət ediblər.

Füzuli qəzəllərinin “Rast” muğamı üçün tərtibatını qəzəlxan-şair Səlim Nəsirli hazırlayıb.

Lalə