Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinə 153 nömrəli tam orta məktəbin, Qaradağ rayon Heydər Əliyev Mərkəzinə isə 319, 288 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin və N saylı Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətlərindən söhbət açılıb.

Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlər Azərbaycan Dövlət Pedaqoji Kolleci tələbələrinin “Yaşıl dünya naminə həmrəylik ili”nə və müasir Azərbaycana həsr olunmuş rəsmlərdən ibarət sərgisi ilə tanış olublar.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə şagirdlər Əlisəttar Atakişiyevin 1964-cü ildə lentə aldığı məşhur “Sehrli xalat” bədii filmini izləyiblər.