Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan–CAR Mədəniyyət Assosiasiyası Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.
Assosiasiyanın nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.
Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.