Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin eyniadlı qəzəlinə bəstələdiyi "Sevgili canan" romansı dünya şöhrətli yapon opera müğənnisi Masaşi Tomosuqinin və Ağdam rayon Gülalı kənd Uşaq musiqi məktəbi (Bakı şəhəri) şagirdlərinin birgə ifasında səsləndirilib.
Layihənin məqsədi iki ölkə arasında mədəni əlaqələrin inkişafına təkan vermək, həmçinin gənc nəslin opera və klassik musiqi ilə tanış olmasına kömək etmək, onların müasir bədii-estetik zövqünün formalaşmasına müsbət təsir göstərməkdən ibarətdir.
Qeyd edək ki, bu, Masaşi Tomosuqinin Azərbaycana ikinci səfəridir. O, ötən il paytaxtın Qaradağ rayonundakı “Qobu park” yaşayış kompleksində keçmiş məcburi köçkünlər üçün konsert proqramı ilə çıxış etmişdi.