Lənkəran-Astara Regional Mədəniyyət və Təhsil idarələrinin tərəfdaşlığı, Lənkəran-Astara RGİİ, “Nömrə 1” psixoloji inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 22-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “İrs” layihəsi çərçivəsində “Zirvəyə doğru” adlı növbəti görüş keçirilib.

Görüşdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, ümumtəhsil müəssisələrinin rəhbər və müəllimləri, mədəniyyət işçiləri və digər şəxslər iştirak ediblər.

Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artist, xanəndə Təyyar Bayramov, psixologiya üzrə fəlsəfə doktoru Könül Cəfərova və başqaları gənclərlə həmsöhbət olublar. Diskussiya şəklində keçən görüşdə qonaqlar iştirakçıların suallarını cavablandırıblar. Təyyar Bayramovun ifa etdiyi muğam və təsniflər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.