Sumqayıt Gənclər Kitabxanasında 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Süni cənnətin cəhənnəm odu” adlı tədbir keçirilib.
Çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlar, baş verən cinayət hadisələri, gənclərin psixoloji durumu, son zamanlar geniş yayılan bu bəladan qurtulmanın yolları barədə danışıblar.
“Narkomaniyaya yox deyək!” adlı kitab və dövri mətbuat nümunələrinin yer aldığı sərgi haqqında məlumat verilib. Gənclərin sualları cavablandırılıb.
Sonda kitabxananın müdiri vəzifəsini müvəqqəti icra edən Leyla Mahmudova gənclərə xoş arzularını çatdırıb, onları pis vərdişlərdən uzaq durmağa səsləyib.