Rusiya Federasiyası Adıgey Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Adıgey ulduzları” adlı uşaq və gənclərin bədii yaradıcılıq festival-müsabiqəsi keçirilib.

Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbinin şagirdlərdən ibarət “Rast qrupu” (bədii rəhbər Xalid Hüseynov) müsabiqədə instrumental nominasiyası üzrə I dərəcəli, Şirvan şəhər Uşaq musiqi məktəbinin şagirdləri İbrahim Məmmədzadə, Fatimə Sanıyeva (müəllim İrşad İbişov) isə vokal və xalq mahnılarının ifası nominasiyaları üzrə II və III dərəcəli diplomlara layiq görülüblər.