Kitabxanada müsabiqə keçirilib

 

Siyəzən rayon Mərkəzi Kitabxanası və Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Ən yaxşı oxucu” adlı müsabiqə keçirilib.

Müsabiqə mütaliə mədəniyyətinin təbliği, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, istedadlı gənclərin aşkara çıxarılması, eyni zamanda asudə vaxtın səmərəli təşkili məqsədilə gerçəkləşib.

“Teleqram” sosial şəbəkəsi üzərindən keçirilən bilik yarışında 74 gənc iştirak edib. İştirakçılara ədəbiyyat sahəsi üzrə 30 sual təqdim olunub. İlk üç yeri tutanlara mükafatlar verilib.