Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi “Rəngli dünyam” adlı tədbir təşkil edib. Tədbirdə əvvəlcə iştirakçılara “Yaşıl dünya naminə həmrəylik ili” haqqında məlumat verilib. Uşaqlar təbiətə aid rəsmlər çəkiblər. Sonda iştirakçılar diplomlarla təltif ediliblər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Gözəl təbiətli Azərbaycanım” adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilib. Rəsmlərdən ibarət sərgi ilə tanışlıqdan sonra münsiflər heyəti tərəfindən seçilən qaliblər mükafatlandırılıb.

***

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni yaradılmış ETERNO qrupunun təqdimatına həsr olunan konsert keçirilib. Konsert proqramında müasir janrlarda musiqi nömrələri və xalq mahnıları fərqli üslubda (miks) səsləndirilib. Qrupun ifası musiqisevərlər tərəfindən hərarətlə qarşılanıb.

***

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Vasili Əliyev adına Qubadlı rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evi kollektivlərinin birgə təşkilatçılığı ilə Hafiz Quliyev adına Qubadlı rayon Çaytumas kənd məktəb-liseyində (Sumqayıt şəhəri) “Yaşa, şəhidim!” adlı tədbir keçirilib. Tədbir I Qarabağ müharibəsi şəhidi Kamal Nəhmət oğlu Süleymanovun anadan olmasının 50 illiyinə həsr olunub.

Çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb. Muğamlardan parçalar oxunub, ədəbi-bədii kompozisiya təqdim olunub.

***

Şirvan Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar iməcilik təşkil edilib. Şəhərdəki İsmət Qayıbov adına parkda və yaxın ərazilərdə təmizlik işləri həyata keçirilib.

N.Məmmədli