Məşhur azərbaycanlı haqqında film çəkiləcək

 

Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin baş direktoru və prezidenti, “Sevmaş” maşınqayırma zavodunun direktoru vəzifələrində çalışmış, elm və texnologiya sahəsində iki dəfə (2000, 2006) RF Dövlət mükafatı laureatı Davud Paşayev (1940–2010) haqqında film çəkiləcək.

Kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin lentə alacağı filmin ssenari müəllifləri rejissorun özü və yazıçı Toğrul Cuvarlıdır.

Qeyd edək ki, filmin “Bir ailənin əsri” adlı ssenarisi AKİ-nin A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə 2020-ci ildə birgə keçirilmiş “Rusiyanın görkəmli azərbaycanlıları” ssenari müsabiqəsində qalib olub.

Müsabiqənin məqsədi Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların həyat yolunu işıqlandırmaqla yanaşı, gənc nəslə onların nailiyyətlərini çatdırmaq və sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarət idi.