İyunun 25-də Göyçay rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Ətraf Sərrafın şəhidlərə həsr olunmuş “Vətən – böyük əmanət” adlı kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən rayon icra başçısının müavini Zivər Zeynalova deyib ki, qəhrəman şəhidlərimizə həsr edilmiş kitabın təqdimatının Ordumuzun bayramı ərəfəsində keçirilməsi xüsusi önəm daşıyır.

Adil Məmməd, Əkbər Əlisoy, Xeyrəddin Qoca, Şəmsiyyə Qaramanlı qələm yoldaşlarının yaradıcılığından söz açıblar.

Məktəblilər və bədii qiraətçi Əli Səfalı kitabdan şeirlər söyləyiblər. Sonda kitab şəhid ailələrinə və tədbir iştirakçılarına təqdim olunub.

Nurəddin