Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib.
26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş konsertdə məktəbin beynəlxalq müsabiqələr laureatları olan şagirdləri dirijor Mustafa bəy Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə yerli və xarici bəstəkarların əsərlərini ifa ediblər. Konsert proqramı musiqisevərlərin alqışları ilə qarşılanıb.