Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası inklüziv mühitin yaranması məqsədilə layihələr həyata keçirir. “Yaradıcı oxucular” layihəsi çərçivəsində kitabxanada mütəmadi olaraq oxucuların rəsm və əl işlərinin sərgiləri təşkil edilir.
Kitabxanada bu dəfə gənc rəssam İlahə İsmayılovanın sərgisi açılıb. İlahə Bakı şəhərində anadan olub. 219 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində təhsilini davam etdirib.
Sərgidə rəssamın “Allah sözü”, “Lalələr”, “Güzgüdə əksim” (avtoportret), “Sadə qadın” adlı rəsmləri nümayiş olunur. Sərgi bir ay davam edəcək.