Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə sonuncu kurs tələbələri 4-28 iyun tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında istehsalat təcrübəsində olublar.

Tələbələrə Mərkəzi Kitabxananın tarixi, fondu, şöbələri, fəaliyyəti haqqında məlumat verilib.

Təcrübədə olduqları müddətdə tələbələr kitabxananın əməkdaşları ilə birlikdə müxtəlif kitabxana-biblioqrafiya proseslərini həyata keçirib, oxucularla ünsiyyətdə olub, oxucu-kitabxanaçı, oxucu-kitab münasibətlərinin idarə edilməsinə nəzarət ediblər.

Təcrübə dövründə tələbələr eyni zamanda Mərkəzi Kitabxanada keçirilən müxtəlif kütləvi tədbirlər, mühazirə və söhbətlərin də iştirakçısı olublar.