Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib.
Müsabiqəyə 50 ssenari qəbul olunub. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov və kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə ikinci mərhələyə 13 ssenari buraxılıb.
Qalib ssenarilər 2 avqust – Milli Kino Günü ərəfəsində elan ediləcək. Qalib ssenarilər üçün pul mükafatları müəyyən edilib: I yer – 2000 AZN; II yer – 1500 AZN; III yer – 1000 AZN.
AKİ-dən verilən məlumata görə, filmlərin dramaturji keyfiyyətini artırmaq üçün müntəzəm ssenari müsabiqələri keçirmək planlaşdırılır. İştirakçıların ssenari texnikası biliklərinin artırılması üçün müsabiqədən əvvəl kinoyazarlar üçün təlimlərin keçirilməsi də nəzərdə tutulur.