Salyan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünyamızı qoruyaq!” adlı konsert proqramı keçirilib.
Salyan Dövlət Kukla Teatrında keçirilən tədbirdə Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, rayon İcra Hakimiyyətinin rəsmiləri, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhər və kənd klublarının təqdim etdiyi rəsm və əl işlərindən ibarət sərgini izləyiblər.
Çıxış edənlər “Yaşıl dünya naminə həmrəylik ili”nin əhəmiyyətindən bəhs edib, bu münasibətlə keçirilən tədbirlər haqqında danışıblar.
Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” xalq ailə ansamblı, “Gənclik” instrumental xalq ansamblı və solistlərin ifasında maraqlı musiqi nömrələri və kompozisiyalar təqdim edilib.