Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti seçim turları başa çatıb.

Mərkəzdən bildirilib ki, seçimlərdə ictimai-siyasi, beynəlxalq münasibətlər, tibb, neft-qaz və hüquq sahələri üzrə uğur əldə etmiş tərcüməçilərə sertifikatlar təqdim edilib.

Mərkəzin Beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Fərid Camalov, Tərcümə işinin təşkili şöbəsinin müdiri Nəzakət Ağayeva, Marketinq və yayım şöbəsinin müdiri Kəmalə Ələkbərova seçim turlarının məqsədləri barədə danışaraq imtahan mərhələlərindən uğurla keçmiş mütəxəssisləri təbrik ediblər.

Sertifikatlar almış mütəxəssislər haqqında məlumatlar Dövlət Tərcümə Mərkəzinin məlumat bazasına (reyestr) yerləşdiriləcək.