Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının 2023–2024-cü tədris ilinin yekun konserti keçirilib.

BMA-dan bildirilib ki, rəngarəng konsert proqramında müxtəlif ixtisaslar – fortepiano, violin, fleyta, vokal və zərb alətləri üzrə şagirdlərin çıxışları yer alıb.

Silsilə şəklində davam edən hesabat konsertlərində Məktəb-studiyanın demək olar ki, bütün şagirdləri çıxış ediblər. Bu ifalar müəllim və şagirdlərin 2023–2024-cü tədris ilinin uğurlu nəticəsi idi.