Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının ərazisinə giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 231 min 350 nəfər olub.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin ilk 6 ayı ərzində ölkə ərazisinə giriş etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ilk sırada Rusiya və Türkiyə olmaqla ümumilikdə 189 ölkənin vətəndaşlarıdır.

Həmin dövr ərzində iş icazəsinin əldə edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin sayı isə 6 min 124 olub.