Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün (1897–1961) miras qoyduğu sənət ənənələrini daşıyan “Bülbül vokal məktəbi” yeni tədris ili üçün tələbə qəbulu elan edib.

1-20 iyul tarixlərində müsabiqədə iştirak etmək istəyən 10-35 yaş aralığında iştirakçıların CV-ləri qəbul olunacaq, ifaları dinləniləcək. Birinci mərhələni keçən iştirakçıların 20-25 avqust tarixlərində dinlənilməsi aparılacaq.

Qeyd edək ki, Əməkdar artist, Bülbül sənət məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı, Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.