121 nəfər ölüb...

 

Hindistanın Uttar Pradeş ştatında iyulun 2-də dini mərasim zamanı yaranan izdiham xeyli sayda insanın ölümünə səbəb olub. Məlumatlara görə, ölənlərin sayı 121-ə çatıb, onlarla adam xəsarət alıb. Hadisə ştatın Hathras bölgəsinin Muğal Qarhi kəndində baş verib.

Qeyd olunur ki, dini vaiz Bhole Baba ilə görüşə 50 mindən çox insan gəlib. İzdiham Baba mərasimi tərk edərkən başlayıb. İnsanlar ehtiram əlaməti olaraq ayaqlarına toxunmaq üçün onun arxasınca qaçmağa başlayıblar və bu zaman çoxu yerə yıxılıb. Vaizin mühafizəçiləri onun avtomobili uzaqlaşana qədər hadisə yerindən çıxışı bağlayıblar. Bu müddət ərzində yerə yıxılanlar izdiham tərəfindən əzilib.

Bildirilir ki, hadisə ilə bağlı təhqiqat başlayıb. Polis hadisədən sonra yoxa çıxan Bhole Babanı axtarır. Artıq ona məxsus xeyriyyə fondunun ofisində və evində axtarış aparılıb.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə təzminat ödəniləcəyini deyib.