Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncovun iştirakı ilə birinci yarımilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
İdarənin rəisi görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələlərlə bağlı məlumat verib. Həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının, internet resurslarından, sosial şəbəkələrin imkanlarından səmərəli istifadənin vacibliyindən danışıb.
İdarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisə rəhbərlərinin çıxışları dinlənilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
***
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) 2024-cü ilin birinci yarımili ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. Ağdaş rayon Heydər Əliyev Mərkəzində təşkil olunan iclasda mədəniyyət müəssisələri rəhbərlərinin hesabat dövründə görülmüş işlər, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlər haqqında çıxışları dinlənilib. O cümlədən bu il ilk dəfə olaraq idarənin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb.
İdarənin rəisi Aydın Bəşirov qarşıda duran vəzifələr barədə danışaraq qeyd edib ki, əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsidir.
İclasda mövcud problemlər və onların həlli ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb. Müəssislərin fəaliyyətinin təşkili istiqamətində tapşırıq və tövsiyələr verilib.
N.Məmmədli