İyulun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Müşfiq Elmanoğlunun rejissorluq üzrə diplom işi olan “Ana” tamaşası nümayiş olunub.
Teatrdan bildirilib ki, çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır. Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.
Diplom işinin rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur.