Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsini təqdim edir.
Layihə çərçivəsində “Öz teatrını yarat” adlı ilk seminar iyulun 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.
Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s. mövzularda fikir mübadiləsi aparacaq.
Layihənin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.