M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Kamera musiqisi axşamı” keçirilib.
İyulun 2-də gerçəkləşən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Qəmər Kərimli (violin), Nicat Feyziyev (violin), Georgi İmanov (violonçel), Çolpon Amanjolova (viola), Nərmin Rzayeva (piano) və Mirxalid Məmmədzadə (fleyta) çıxış ediblər.
Proqramda A.Dvorjakın “2 nömrəli piano kvinteti” (A-dur, op.81) və V.A.Motsartın “Fleyta, violin və violonçel üçün 1 nömrəli kvartet”i (D-dur, K.285) səsləndirilib.
İfaçıların çıxışları alqışlarla qarşılanıb.