Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Londonda keçirilən “Golden Time Talent” adlı onlayn beynəlxalq müsabiqədə uğurla iştirak ediblər.

Məktəbin fortepiano ixtisası üzrə VII sinif şagirdləri Nurcan Cəfərova (müəllim – Zoya Səfərova) və Xədicə Əhmədova (müəllim – Nərminə Əliyeva) ansambl ifası üzrə çıxış edərək Qran-pri mükafatına layiq görülüblər.