Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqənin əsas məqsədi dövlət başçısının 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.
Qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi və kino sənayesində institusional islahatlar kimi prioritet istiqamətləri əhatə edir.
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olan qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə müraciət üçün son tarix: 1 avqust 2024-cü il.
Sənədlərin qəbulu grants.culture.az resursu üzərindən həyata keçirilir.
Müsabiqə ilə bağlı projects@culture.gov.az elektron ünvanı və ya Mədəniyyət Nazirliyinin qaynar xəttinə (tel: 147) müraciət edərək ətraflı məlumat almaq mümkündür.
Müsabiqə barədə ətraflı məlumat Mədəniyyət Nazirliyinin feysbuk səhifəsində.