Azərbaycan

 

10 iyul 1909 – Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Mustafa oğlu Bədəlov (1909 – 2.11.1997) Şəkidə anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarındandır.

10 iyul 1924 – Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 – 12.9.1979) anadan olub.

10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 – 17.4.2009) Cəbrayıl şəhərində doğulub. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Axirət sevdası” və s. kitabların müəllifidir. Əsərləri xarici dillərə tərcümə edilib.

10 iyul 1937 – Əməkdar incəsənət xadimi, şairə, dramaturq Kəmalə Ağa qızı Ağayeva (1937 – 18.7.2019) Naxçıvan şəhərində anadan olub. Mənzum pyesləri (“Məhsəti”, “O, bizim dağların oğludur”, “Göyçək Fatma” və s.) teatrlarda tamaşaya qoyulub.

10 iyul 1949 – Əməkdar artist İbrahim Əsgər oğlu Əliyev (1949 – 26.11.2020) Bakıda anadan olub. Filmlərdə (“Güllələnmə təxirə salınır!”, “Qətl günü”) çəkilib, Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.

10 iyul 1953 – Əməkdar incəsənət xadimi Ələkbər Rauf oğlu Kazımovski (1953 – 19.9.2016) anadan olub. 1974-cü ildən Azərbaycan Televiziyasında işləyib, film-tamaşa və sənədli telefilmlərin rejissoru olub.

 

11 iyul 1926 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam, baş rəssam işləyib, Musiqili Komediya Teatrında tamaşalara səhnə tərtibatı verib.

11 iyul 1926 – Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva (1926–2015) anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.

11 iyul 1937 – Əməkdar rəssam Əkrəm Qulam oğlu Həsənzadə (1937 – 22.11.2007) anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlar İttifaqının bölmə müdiri olub.

11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla” və s. filmlərə quruluş verib.

11 iyul 2017 – Prezident İlham Əliyev Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

11 iyul 2023 – Xalq rəssamı, heykəltaraş Fazil İmamverdi oğlu Nəcəfov (16.2.1935 – 2023) vəfat edib. Bəstəkar Qara Qarayevin Bakıdakı abidəsinin, “İçərişəhər qadınları”, “Həyatın mərtəbələri”, “Minillik insan” və s. əsərlərin müəllifidir.

 

12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

12 iyul 1940 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (1940 – 9.9.2022) anadan olub. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, mahnıların müəllifidir.

12 iyul 1987 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov; 1916–1987) vəfat edib.

12 iyul 2017 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871–1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin müəllifidir.

10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.

10 iyul 1931 – Kanada yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2013) Elis Manro (Alice Ann Munro; 1931 – 13.5.2024) anadan olub.

 

11 iyul 1892 – Amerika aktyoru, kinodramaturq, “Oskar” mükafatçısı Tomas Con Mitçell (Thomas John Mitchell; 1892–1962) anadan olub.

 

12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard; 1813–1878) anadan olub.

12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani; 1884–1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.

12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971) Pablo Neruda (Pablo Neruda – Ricardo Eliezer Neftal Reyes Basoalto; 1904–1973) anadan olub.

Hazırladı: V.Orxan