Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 7-də Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.
Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin (Sabunçu rayonu Maştağa qəsəbəsi) “Kilimarası” kukla teatrının tamaşası azyaşlıların asudə vaxtının səmərəli təşkili məqsədilə göstərilib.
Nümayişdən əvvəl nağıl qəhrəmanlarını canlandıran maskotlar uşaqlarla əyləncəli oyunlar təşkil ediblər.
Sonra uşaqlar səhnə işini izləyiblər. “Tıq-tıq xanım” balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.