Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Munisə İsmayılova alman tarixçisi, yazıçı və rəssamı Herbert Votenin “Magellanın dövri-aləm səyahəti” (Herbert Wotte, “Magellans Reise um die Welt – Die erste Weltumsegelung”) adlı romanını almancadan dilimizə tərcümə edib.
Əsər “Mücrü” nəşriyyatında çapdan çıxıb. Roman portuqal əsilli dəniz səyyahı Ferraro Maqalyaeşin məşəqqətli dünya səyahətindən bəhs edir. İspaniyaya mühacirət edən səyyah uzun çətinliklərdən sonra Fernando Magellan adı altında yeni səhifə açır. Bu gün dünyada ilk dəniz səyyahlı Magellanı, demək olar ki, tanımayan yoxdur.
Kitabın redaktoru muzeyin Məktəblilər və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təbəssüm Muxtarovadır.