C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdiriblər.

Nümayişdən əvvəl NDU-nun rektoru Elbrus İsayev çıxış edərək təhsil ocağının hazırladığı səhnə əsərinin muxtar respublikanın 100 illiyinə töhfəsi olduğunu bildirib.

NDU-nun konservatoriyası və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən səhnələşdirilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Əməkdar artist Mübariz Əsgərov, dirijoru Xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı Əməkdar rəssam Cavid İsmayılovdur.

Ümumilikdə 42 müəllim və tələbənin iştirak etdiyi tamaşanı universitetin simfonik orkestri müşayiət edib.