03 iyul 2024-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Apellyasiya Şurasının üzvləri – Aparat rəhbərinin müavini-Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri  Şahin Həsənov, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov,  Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və Daxili nəzarət və audit şöbəsinin  müdiri Cavid Əliyev, iştirak etmişdir.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən 14.02.2024-cü il tarixində elan edilmiş müsabiqə və 22.02.2024-cü il tarixində elan edilmiş daxili müsahibə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 2 nəfər namizədin apellyasiya şikayətlərinə baxılmışdır.

İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.

Ağayeva Esmira Tahir qızının şikayəti ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərara əsasən həmin namizədlə əvvəl keçirilmiş müsahibənin nəticəsinə dair müsahibə komissiyasının qərarı tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Ağaməmmədov Ağalar Süleyman oğlunun şikayəti ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərara əsasən həmin namizədlə əvvəl keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək iddia etdiyi vəzifəyə uyğun hesab edilərək ehtiyat kadrlar siyahısına daxil edilmişdir.