Milli Azərbaycan Tarixi Muzeyinin bu ilin aprelində istifadəyə verilən yeni ekspozisiyasını ölkəmizdən və xaricdən çoxsaylı insan ziyarət edir. 26 zalda 3910 eksponatın təqdim olunduğu ekspozisiya ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Bu günlərdə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero yeni ekspozisiyanı ziyarət edib.
Muzeyin bələdçisi xanım diplomata ekspozisiya haqqında ətraflı məlumat verib. Azərbaycanın tarixini, mədəniyyətinin müxtəlif sahələrini əks etdirən unikal eksponatlar, eyni zamanda 1978-ci ildə Meksikanın Prezidenti X.Lopes Partilyo tərəfindən muzeyə hədiyyə edilmiş dekorativ nimçə səfirin böyük marağına səbəb olub.