Vətən müharibəsinə həsr olunan növbəti film çəkilir

 

Müasir tariximizə qızıl hərflərlə yazılan 2020-ci ilin İkinci Qarabağ müharibəsi mövzusunda növbəti film çəkilir. “Tənha bir insanın monoloqu” adlı psixoloji dram janrında olan qısametrajlı film müharibə iştirakçısından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkilirlər.

Qeyd edək ki, rejissor Emil Əfəndiyev bir sıra uğurlu filmlərin rejissoru, “Alatava” serialının həmmüəllifidir. Daniel Quliyev həm rejissor, həm də operator kimi fəaliyyət göstərir.

“Tənha bir insanın monoloqu”nun yaxın vaxtlarda kinosevərlərə təqdim olunması nəzərdə tutulur.