Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verilir. Qeyd olunur ki, uzaq keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda onlarla xalqın və millətin nümayəndələri yaşayır. Azərbaycan Respublikası rəngarəng etnik tərkibə malikdir.

Materialda ölkəmizdə yaşayan xalqlardan ləzgilər, talışlar, ruslar, avarlar, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, udinlər və s. haqqında söz açılır.

Videoçarxı https://www.youtube.com/watch?v=4SOjRsfmDMg linkinə keçid etməklə izləyə bilərsiniz.