II Qarabağ müharibəsinin şəhid baş giziri, Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anadan olmasının 40 illiyi adını daşıdığı Neftçala şəhər Uşaq incəsənət məktəbində qeyd edilib.
Şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərmiş C.İsmayılov haqqında məlumat verilib. Bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun sarsılmaz gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə xalqımıza əbədi qürur bəxş edib. 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük lokal antiterror əməliyyatları ilə ölkəmizin suverenliyinin tam bərpa edilməsindən və bu döyüşlər zamanı şəhid və qazilərimizin şücaətindən, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən və sakinlərimizin öz doğma torpaqlarına qayıdışından da bəhs olunub.
Tədbir C.İsmayılov adına Uşaq incəsənət məktəbi tərəfindən hazırlanan kompozisiyalarla davam edib.