Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə iyul ayının birinci yarısında “Şirvanda kino günləri” adlı layihə həyata keçirilir.

Kino günlərinin proqramına İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul” tammetrajlı bədii filmləri, eləcə də Şirin Əhmədov, Qulu Əsgərov, Amil Amal, Pərviz Həsənov, İntiqam Hacılı və Orxan Əkbərlinin qısametrajlı bədii və sənədli filmləri daxildir.

Layihə üzrə iyulun 9-da Hacıqabul rayon Mədəniyyət Mərkəzində filmlər nümayiş etdirilib.

İyulun 10-da isə kinoseanslar Şirvan şəhər Folklor evində davam edib.

Nümayişlərdən sonra tamaşaçılar filmlər haqqında öz fikirlərini bölüşüblər.

“Şirvanda kino günləri” layihəsinin son ünvanı Salyan rayonu olacaq.