Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə sahəsində işlərin təhlilinə dair tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları “Ampula” adlı qısametrajlı filmi izləyiblər.
Narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, yeniyetmə və gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
İşçi qrupu tərəfindən hazırlanmış metodik tövsiyələr kitabçası və digər əyani vəsaitlər iştirakçılara təqdim edilib.