Qəbələ rayon Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.

“Məhəmməd Füzuli poeziyasına səyahət” adlı tədbir Cahangir Cahangirovun “Füzuli kantatası” ilə açıq elan olunub. Sonra Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Bildirilib ki, Füzuli yalnız öz doğma vətəni Azərbaycanda deyil, bütün Yaxın Şərqdə, Avropada və Rusiyada tədqiq edilib və şairin poetik vüsəti yüksək qiymətləndirilib.

Sonra Mədəniyyət Mərkəzinin Cığatelli kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gülbuta” folklor qrupunun ifasında Füzulinin qəzəlləri ifa olunub. Şairin qəzəlləri üstündə muğamlar səsləndirilib.