Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarında aktyor ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təqdimatında Qurban Səidin “Əli və Nino” əsərinin tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub. Tamaşa Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “SABAH” incəsənət festivalı çərçivəsində göstərilib.
Agentlikdən bildirilib ki, “SABAH” tələbələrinin əldə etdikləri bacarıqları nümayiş etdirmək məqsədilə təşkil olunan tamaşanı Lənkəran şəhər ictimaiyyəti maraqla qarşılayıb.