İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşasının növbəti, bu mövsümdə isə son nümayişi olacaq.
Fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Səhnə əsərində Riçard Konçiantenin “Notre-Dame de Paris” müziklinin musiqisindən, eləcə də məşhur bəstəkarlar R.Ştraus, T.Albinoni, J.Bize və S.Barberin əsərlərindən istifadə edilib.
Teatrda mövsümün son tamaşası isə 19 iyulda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) musiqili komediyası olacaq.