İrəvan Azərbaycan Dövlət Dram Teatrının şair, nasir, dramaturq İmir Məmmədlinin “Qadın” pyesi əsasında hazırladığı “Siluet” tamaşasının premyerası olub. Tamaşa iyulun 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında göstərilib.

Psixoloji, mistik, qroteskvari, qeyri-səlis məntiqlə birhissəli uydurma kimi təqdim olunan tamaşanın  quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. Tamaşanın musiqi tərtibatçısı Çingiz Xəlilov, icraçı rəssamı Aygün Mahmudovadır.

Qadın, qadının Silueti, Şəhvəti və Kişi olmaqla dörd aktyorunun oyunu olan səhnə işində fərqli hisslər və münasibətlər fonunda insanların hiss və həyəcanları üzərindəki hakimiyyəti ön plana çıxır.

Rolları Xədicə Məmmədova (Qadın),  Günay Əliyeva (Siluet), Pərvin Dadaşova (Şəhvət) və Əmrulla Nurullayev (Kişi) oynayırlar.