Astara rayon Mərkəzi Kitabxanasında 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev qeyd edib ki, böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib. Mətbuatımız xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. “Əkinçi”nin cəmi 56 nömrəsi çap olunsa da, o, millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.
Kitabxananın xidmət şöbəsinin müdiri Yaqut Nəzərova məruzə ilə çıxış edərək milli mətbuatımızın keçdiyi tarixi yol barədə məlumat verib. Digər çıxışlarda da Azərbaycan mətbuatında “Əkinçi”nin açdığı cığırdan bəhs olunub.